Berqamodan Barselonaya üz tuta bilər

23.03.2025

Icma.az xəbər verir, Footbal-plus saytına əsaslanaraq.

Ademola Lukman yayda klubunu dəyişmək şansına malikdi.
"Football-plus.az" xəbər verir ki, onun xidmətində “Barselona” maraqlıdı. İspaniya nəhəngi “Atalanta”nın hücumçusuna görə rəsmi təkliflə çıxış edəcək.
“Mundo Deporivo” qəzetinin yazdığına görə, Berqamo klubu Ademolanı təxminən 30 milyon avroya satmağa hazırdı. Nigeriyalı futbolçunun klubu ilə müqaviləsinin müddəti 2026-cı ilin yayına qədər nəzərdə tutulub.
Lukman bu mövsüm bütün turnirlərdə meydana çıxdığı 32 oyunda 18 qolun və 7 məhsuldar ötürmənin müəllifi olub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью