Berqvall ayrılmaq istəyir: “Tottenhem”də yay vidası

22.06.2026

Icma.az, Apasport saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Tottenhem”in futbolçusu Lukas Berqvall komandadan ayrılmaq istəyir.

Apasport.az xəbər verir ki, bu barədə “Sky Sports” məlumat yayıb.

20 yaşlı yarımmüdafiəçi yay transfer pəncərəsində başqa kluba keçmək niyyətində olduğunu London klubunun rəhbərliyinə bildirib. İsveçli futbolçu daha çox oyun praktikası qazanmaq və start heyətində müntəzəm yer almaq istəyir.

“Tottenhem”in yarımmüdafiə xəttini gücləndirmək üçün yeni oyunçular axtarması Berqvallın ayrılıq ehtimalını artırır. Futbolçunun klubla müqaviləsi 2031-ci ilin yayına qədərdir.

Qeyd edək ki, Berqvall 2024-cü ildə “Yurqorden”dən “Tottenhem”ə keçib. Daha əvvəl “Çelsi” və “Aston Villa” onun transferi üçün cəhd göstərsə də, London klubu danışıqlara razılıq verməmişdi. "Transfermarkt" 20 yaşlı futbolçunun bazar dəyərini 35 milyon avro qiymətləndirir.

Konseysaodan Ronaldoya tərif - “Onun kimisi olmayıb” "Fənərbaxça"dan rədd cavabı - Braun üçün təklif qəbul edilmədi “Yunayted”in Reşford planı: NİDERLANDLI GÜNDƏMDƏDİR “Real”ın təklifi RƏDD EDİLDİ Kuaku yenidən klub dəyişdi: MÖHKƏMLƏNƏ BİLMİR
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью