Qaynarinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
"Zirə”nin baş məşqçisi Rəşad Sadıqov qonaq olduğu bir verlişdə deyib ki, U-21 millisindən istefa verməyib, onu istefaya göndəriblər.
Sitat: "Mən millidən istefa verməmişəm. Sadəcə olaraq, mənə zəng edib dedilər ki, "səninlə işləmək istəmirik”.
Halbuki, 20 gün əvvəl yeni tsikl üçün birlikdə planlar qurmuşduq”.
Sadıqov 2017-ci ilin dekabrında U-21 millisinə baş məşqçi təyin olunmuşdu. Həmin vaxt Azərbaycan futbolu ilə bağlı yeni ümidlər cücərirdi.
Qurban Qurbanov da əsas komandanın baş məşqçisi postuna gətirilmişdi.
Bu təyinatla birlikdə Azərbaycan futbolunda yeni layihənin icra olunmağa başlandığı, Qurban bəylə birlikdə milli komandalara gələn mütəxəssislərə öz ideyalarını həyata keçirmək üçün 6-7 il vaxt veriləcəyi deyilirdi.
Özü də bu fikir bilavasitə AFFA prezidenti Rövnəq Abdullayevin dilindən səslənən açıqlamadan sonra formalaşmışdı. Amma olmadı.