Beruzutski oyundan razı, nəticədən narazıdır

17.05.2025

Icma.az, Qol.az portalına istinadən məlumat yayır.

“Sabah”ın baş məşqçisi Vasili Berezutski bu gün “Zirə”yə qarşı keçirilən Misli Premyer Liqasının 35-ci turunun səfər matçını (1:1) şərh edib.

QOL.az xəbər verir ki, oyundan sonra təşkil edilən mətbuat konfransında rusiyalı mütəxəssis yaxşı oynadıqları və daha çox qol vəziyyəti yaratdıqlarını söyləyib: “Təəssüf ki, bunlardan istifadə edə bilmədik”. 

Beruzutski oyunum keyfiyyətindən razı, nəticədən isə narazı qaldığını da deyib. 

O bildirib ki, indi diqqətləri Azərnaycan kubokunun finalına yönəlib: “Çempionatda çıxışımız davam edir, lakin artıq iddiamız yoxdur. Qarşıda bizi “Neftçi” ilə oyun gözləyir. Həmin oyunda qalib gəlmək istəyirik. Bu, bizə final öncəsi inam verəcək”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью