Bərzani Ərdoğana minnətdarlığını bildirib

29.11.2025

Icma.az, Bakivaxti portalına istinadən məlumatı açıqlayır.

Bölgədə böyük dəyişiklik var. Bu sülh prosesinin başlamasına sevindik.

Bakıvaxtı.az xəbər verir ki, bunu İraq Kürdüstan Demokratik Partiyasının (KDP) sabiq sədri Məsud Bərzani “Terrorsuz Türkiyə” layihəsi ilə bağlı danışarkən deyib.

“Gördüyünüz kimi, bu dəfə proses daha nizamlı başladı. Xalq, parlament və siyasi partiyalar dövləti dəstəkləyir. Sülhün qapısını açdıqları üçün prezident Ərdoğana, Türkiyə dövlətinə, parlamentinə və xalqına minnətdarlığımı bildirirəm. Açıq şəkildə bildirirəm ki, biz bu prosesi bütün gücümüzlə dəstəkləyirik və bizdən nə istənilərsə, əlimizdən gələni etməyə hazırıq”, - Bərzani əlavə edib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью