Bərzani ofisinə hücumdan danışdı: Birbaşa təhdid…

17.08.2026

Icma.az, Axar.az saytına istinadən bildirir.

Şəxsi ofisim və Təhlükəsizlik və Kəşfiyyat Agentliyi rəhbərinin evi bu gün səhər İranın pilotsuz təyyarələrinin hücumlarına məruz qaldı.

Axar.az xəbər verir ki, bunu İraq Kürdüstan Bölgəsinin Baş naziri Məsrur Bərzani özünün X səhifəsində yazıb.

“Bu ehtiyatsız və qəbuledilməz hücumları ən sərt şəkildə qınayıram. Bu, təhlükəli eskalasiyadır və Kürdüstan regionunun təhlükəsizliyinə və sabitliyinə birbaşa təhdiddir. Bu hücumlar bizi vəzifələrimizi yerinə yetirməkdən və vətəndaşlarımızı qorumaqdan çəkindirməyəcək”, - o bildirib.

Qeyd edək ki, bu gün İran istehsalı iki “Hadid-110” dronu İraq Kürdüstan Bölgəsinin Baş naziri Məsrur Bərzaninin şəxsi ofisini hədəf alıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью