Bərzaninin istəyi: Ərdoğan qadağanı ləğv etdi

10.10.2025

Icma.az, Sherg.az portalına istinadən məlumat yayır.

İraq Kürd Regional Muxtariyyətinin rəhbəri Neçirvan Bərzani Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğandan istədi və nəticədə Türkiyənin Süleymaniyə hava limanına tətbiq etdiyi uçuş qadağası ləğv edildi.

Axar.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

Məlumata görə, Türk Hava Yolları həftənin 7 günü İraqın şimalında yerləşən Süleymaniyə şəhərinə uçuşlara başlayacağını açıqlayıb.

Bərzani dünən Ərdoğanla görüşüb. Görüş zamanı Türkiyənin 2023-cü ildən bəri Süleymaniyə hava limanına tətbiq etdiyi uçuş qadağası da müzakirə olunub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью