Qaynarinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
2009-cu ilin 20 dekabrında parlaq gələcəyi vəd edən gənc Hollivud ulduzu Britani Mörfinin evində gözlənilmədən ölümü dünyanı şoka salmışdı.
Bu, məşhur aktrisanın taleyini dəyişdirən və illər sonra da müzakirə edilən faciənin başlanğıcı oldu.
Məşhur ev: Britney Spears və Britani Mörfinin keçmiş evi Qaynarinfo xəbər verir ki, mörfinin faciəli şəkildə öldüyü bu üç mərtəbəli malikanə, daha əvvəl məşhur müğənni Britni Spirsə məxsus idi.
Spirs həmin dövrdə sevgilisi Castin Timberleyk ilə birlikdə bu evdə yaşayırdı.
Lakin evin "qorxunc ruhlarla" dolu olduğunu iddia edən Spirs buradan tez bir zamanda köçmüş və 2003-cü ildə malikanəni Britani Mörfiyə satmışdı.
Britani Mörfi evi tamamilə mebelli şəkildə 3,85 milyon dollara almışdı. Lakin onun bu evdə həyatı xoşbəxt sonla bitmədi.
Sağlamlıq problemi olmayan gənc aktrisa 32 yaşında bu evdə gözlənilmədən vəfat etdi.