Beş ayda özəlləşdirmə və icarədən dövlət büdcəsinə 117 milyon manat vəsait ödənilib

11.06.2026

Icma.az bildirir, Azertag portalına istinadən.

Bakı, 11 iyun, AZƏRTAC

Bu ilin yanvar-may ayları ərzində dövlət əmlakının özəlləşdirilməsi və icarəsi üzrə dövlət büdcəsinə 117,4 milyon manat vəsaitin ödənilməsi təmin edilib.

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən (ƏMDX) AZƏRTAC-a bildirilib ki, dövlət əmlakının özəlləşdirilməsi və icarəyə verilməsi sahəsində işlər davam edir. ƏMDX tərəfindən cari ilin yanvar-may ayları ərzində 27 hərrac keçirilib. Hərraclarda 3 səhmdar cəmiyyətinin səhm paketi, 2 kiçik dövlət müəssisəsi, 1 yarımçıq tikili sahəsi və 467 nəqliyyat vasitəsi özəlləşdirilib. Cari ilin yanvar-may ayları ərzində özəlləşdirmədən dövlət büdcəsinə daxilolmalar 95,2 milyon manat təşkil edib.

Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən bu ilin yanvar-may ayları ərzində 246-sı qeyri-yaşayış, 1748-i torpaq sahələri üzrə olmaqla 1994 yeni icarə müqaviləsi bağlanılıb. Hesabat dövrü ərzində daşınmaz dövlət əmlakının (qeyri-yaşayış və torpaq sahələrinin) icarəsindən dövlət büdcəsinə 22,2 milyon manat vəsaitin ödənilməsi təmin olunub.

Beləliklə, bu ilin yanvar-may ayları ərzində dövlət əmlakının özəlləşdirilməsindən və icarəsindən büdcəyə ümumilikdə 117,4 milyon manat vəsait daxil olub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью