Beş aylıq uşaq qəfil öldü

20.07.2025

Lent az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Qazaxda uşaq ölümü faktı qeydə alınıb.

Lent.az-ın xəbərinə görə, hadisə rayonun Çaylı kəndində qeydə alınıb.

Belə ki, 2025-ci il təvəllüdlü L.Məmmədovun yaşadığı evdə qəfil halı pisləşib.

5 aylıq körpəyə yardın edilməyə çalışılsa da, həyatını xilas etmək mümkün olmayıb. Məlumatına görə, körpənin ürəyində problemi olub.

Meyit müayinə olunmaq üçün adiyyatı üzrə təhvil verilib.

Faktla bağlı Qazax rayon Prokurorluğunda araşdırma aparılır.

Fuad Nazimoğlu 
 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью