Sherg.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Dənizdə boğulmaların səbəbi yalnız ehtiyatsızlıq, diqqətsizlik olmur. Bəzən lazımsız, artıq maraq da baha başa gələ bilir. Getdikcə gedirsən. İnsanlardan uzaqlaşırsan, dənizin sərin yerlərinə çatırsan. Ayağın yerə dəymir. Bir də baxırsan ki...
Əslində mövzu dəniz deyil. Məhz lazımsız marağın gətirdiyi, ya da gətirə biləcəyi “baş ağrılarıdır”.
Gündəlik həyatımızda da dəfələlə bu cür halların- lazımsız marağın fəsadlarının şahidi oluruq. Bəzən bir insanla rastlaşırıq. Kənardan maraqlı gəlir. İzaholunmaz cazibə yaranır. Psixologiyada buna "atraksiya" deyirlər. Atraksiya bir insana qarşı güclü cazibə və çəkilmə hissdir. Nə baş verdiyini özün də anlamırsan. Bir onu bilirsən ki, həmin insanı daha çox görmək, onunla daha çox danışmaq istəyirsən. Daha çox vaxt keçirməyə çalışırsan.
Hə, bir də haqqında daha çox bilmək, onu daha çox tanımağa çalışırzan. Sənə sehrli kimi insanın bu "sehrini" çözməyə çalışırsan.
Bir dəfə demişdim ki, insanlar məçhulu olan tənliklərdir, onları həll etmək lazımdır. Məncə, yanılmışam. Bunu indi başa düşürəm.
Deyəsən, sirli kimi tanıdığımız insanlar elə sirli də qalsalar yaxşıdır.
...Sahilə yaxın yerdən dənizi ənginlikləri də maraqlı görünür. Ta ki çatana, görənə qədər.
Yeri gəlmişkəm, dənizin sahil tərəfində, suda olan zibillər adətən o qədər də təəccüblü və narahatedici olmur. Vay o gündən ki, böyük ümidlə getdiyin yerdə ayağına bir yosun dolaşa...
Kənan Novruzov