Icma.az, Demokrat.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Ev şəraitində həm şirniyyat dadı verən, həm də faydalı olan içki hazırlamaq mümkündür. Kulinariya mütəxəssisləri məşhur "Snickers" şokoladının dadını xatırladan xüsusi smuzi resepti təqdim ediblər. Bu içki həm ləzzətli tərkibi, həm də bədənə verdiyi enerji ilə seçilir.
Demokrat.az xəbər verir ki, smuzinin əsas sirri tərkibindəki yulafın qovrulmasındadır. Yulafı blenderə tökməzdən əvvəl tavada azca qovurmaq lazımdır. Bu proses cəmi iki dəqiqə çəkir. Qovrulmuş yulaf içkiyə daha dolğun və ləzzətli qoz dadı bəxş edir. Smuzinin tərkibindəki xurma isə "Snickers" şokoladındakı karamel dadını əvəz edir.
İçkinin hazırlanması üçün lazıb olan məhsulların siyahısı olduqca sadədir. Smuzi üçün yulaf, badam südü, dondurulmuş banan və buz lazımdır. Dadı tamamlamaq üçün isə tərkibə xurma, fıstıq əzməsi, vanil və kakao tozu əlavə edilir. İstəyə görə bir qədər bal və ya qəhvəyi şəkər də qatmaq olar.
Hazırlanma qaydası olduqca asandır və cəmi beş dəqiqə vaxt aparır. Əvvəlcə yulaf tavada qovrulur və soyumağa qoyulur. Sonra bütün əsas ərzaqlar blenderə doldurulur. Qarışıq tam hamar kütlə halına düşənə qədər qarışdırılır. Hazır içki stəkanlara süzülür.
Smuzini süfrəyə verməzdən əvvəl onun üzərini bəzəmək olar. Bunun üçün fıstıq əzməsi bir az südlə qarışdırılaraq sirop halına salınır. Həmin sirop stəkanların üzərinə gəzdirilir. Sonda içkinin üzərinə xırdalanmış fıstıq və kakao dənəcikləri səpilir. Bu smuzini hazır olan kimi dərhal içmək məsləhət görülür.
Aytən
Demokrat.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin. Demokrat.az xəbər verir ki, smuzinin əsas sirri tərkibindəki yulafın qovrulmasındadır. Yulafı blenderə tökməzdən əvvəl tavada azca qovurmaq lazımdır. Bu proses cəmi iki dəqiqə çəkir. Qovrulmuş yulaf içkiyə daha dolğun və ləzzətli qoz dadı bəxş edir. Smuzinin tərkibindəki xurma isə "Snickers" şokoladındakı karamel dadını əvəz edir.