Icma.az, Moderator.az portalına istinadən məlumat verir. Qazax rayonu, Daş Salahlı kəndinin sakini Asif Bafadar oğlu Qurbanov qızının müəmma
O, baş prokuror Kamran Əliyevə müraciət edərək qızının ölüm işinin nəzarətə götürülməsini və yenidən araşdırılmasını istəyir.
Baş prokurora ünvanlanan, Musavat.com-a yolladığı müraciətinin surətində yazır ki, 25 yaşlı qızı Aytac Asif qızı Qurbanova(sonradan Əliyeva) 2021-ci ildə ailə həyatı qurub.
“Öz kəndimizdən olan Adil Ayvaz oğlu Əliyev ilə el adətilə rəsmi surətdə ailə həyatı qurdu. Bu nikahdan bir övladları da var.
Səhhətimlə bağlı xəstə olduğuma görə bu ilin yanvar ayının 11-də qızım və həyat yoldaşı bizə gəlib, məni ziyarət etdilər.
Öz evlərinə qayıdandan sonra, səhəri gün, yanvarın 12-də xəbər gəldi ki, qızım Aytac dərman içərək özünü öldürüb.
Həmin vaxt mənim bacılarım Dürdanə Qurbanova və Yeganə Məmmədova, eyni zamanda Aytacın baldızı Hava xanım da orada olublar.
Hadisə də məhz onların yanında baş verib. Lakin meyiti yuyanda sinəsinin ürək nahiyəsində bıçaq yarası olduğu aşkar edildi.