Beş güləşçimiz mübarizəyə başlayır Avropa çempionatı

24.04.2026

Icma.az, Qol.az portalına istinadən məlumatı açıqlayır.

Beş güləşçimiz mübarizəyə başlayır - Avropa çempionatı

Albaniyanın paytaxtı Tiranada keçirilən güləş üzrə Avropa çempionatı davam edir.

QOL.az xəbər verir ki, bu gün Azərbaycanın beş sərbəst güləşçisi mübarizəyə başlayacaq.

İslam Bazarqanov (57 kq), Rəşid Babazadə (65 kq), Kənan Heybətov (70 kq), Cəbrayıl Hacıyev (79 kq) və Osman Nurmaqomedov (97 kq) xalça üzərinə çıxacaqlar.

Bu gün həmçinin, Azərbaycanın üç qadın güləşçisinin bürünc medal uğrunda görüşü var. Jalə Əliyeva (57 kq), Ruzanna Məmmədova (62 kq) və Birgül Soltanova 3-cü yer uğrunda güləşəcək.

Xatırladaq ki, daha əvvəl yunan-Roma güləşçilərindən Həsrət Cəfərov (67 kq) və Qurban Qurbanov (82 kq) qızıl, Rəşad Məmmədov (55 kq), Nihat Məmmədli (60 kq), İslam Abbasov (87 kq) bürünc medal qazanıblar. Azərbaycanın yunan-Roma güləşi millisi komanda hesabında birinci olub. Qadınlardan isə Günay Qurbanova (59 kq) bürünc mükafata sahib çıxıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью