Beş gün əvvəl pəncərədən yıxılan şəxs xəstəxanada ölüb

29.11.2024

Icma.az bildirir, Report.az portalına istinadən.

Beş gün əvvəl pəncərədən yıxılan 29 yaşlı şıxs xəstəxanada ölüb.

“Report”un yerli bürosu məlumat verir ki, hadisə Sumqayıt şəhərində qeydə alınıb.

1995-ci il təvəllüdlü Kənan İlqar oğlu Hüseynli ehtiyatsızlıq nəticəsində yaşadığı evin pəncərəsindən aşağı düşüb.

O, Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılsa da həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı Sumqayıt şəhər Prokurorluğunda araşdırma aparılır.

Bizim Telegram kanalımıza abunə olun

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью