Beş gün əvvəl pəncərədən yıxılan şəxs xəstəxanada ölüb

29.11.2024

Icma.az xəbər verir, Oxu.az saytına əsaslanaraq.

Beş gün əvvəl pəncərədən yıxılan 29 yaşlı şəxs xəstəxanada ölüb.

"Report"un yerli bürosunun məlumatına görə, hadisə Sumqayıt şəhərində qeydə alınıb.

1995-ci il təvəllüdlü Kənan İlqar oğlu Hüseynli ehtiyatsızlıq nəticəsində yaşadığı evin pəncərəsindən düşüb.

O, Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda araşdırma aparılır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью