Gununsesi portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir. Beş il əvvəl Zəngilanın sükutu qırıldı, torpaq azad nəfəs aldı.
Gununsesi.info illərlə həsrətini çəkdiyimiz o dağlar, o çaylar, o yollar – bir gün birdən-birə “Mən azadam!” deyə səsləndi.
O gün təkcə bir şəhər yox, bir xalq öz inamını geri aldı… Hər bir azərbaycanlının ürəyindəki Zəngilan o gün dirildi – şəhidlərin duası, anaların göz yaşları, əsgərlərin nidası ilə… Beş il ötüb, amma həmin qələbə anı hələ də ucalardadır: havadadır, torpaqdadır, bayraqdadır!..
Zəngilan indi təkcə bir coğrafiya deyil – o, qürurun bərpa olunmuş ünvanıdır.
Bu torpaq bu gün yenidən canlanır – yollar çəkilir, evlər ucalır, həyat qayıdır… Böyük Qayıdışın addım səsləri Zəngilan küçələrində eşidilir, torpağın nəfəsi ilə qarışır.
Bizə bu fəxri yaşadanlara – igidlərimizə, şəhidlərimizə, qazilərimizə, Müzəffər Ali Baş Komandanımıza, o Zəfəri yazanlara minnətdarıq!
Beş il azadlıq, beş il qürur, beş il Zəfər! Zəngilan İmamverdi İsmayılov Milli Məclisin deputatı Daha ətraflı məlumat və yeniliklər üçün Icm