Beş ildir uzatdığı bığları turistlərin diqqətini çəkdi FOTO

22.11.2024

Icma.az, Sonxeber.az portalına istinadən məlumat verir.

Beş ildir uzatdığı bığları turistlərin diqqətini çəkdi - FOTO

1990-cı ildə Siirtdən Aydının Ortaklar məhəlləsinə gəldiyini bildirən Səbri Sarı hazırda turizm sektorunda çalışdığını bildirib.

Sonxeber.az xarici mediaya istinadən xəbər verir ki, İzmirdə bir oteldə bağban işləyən Sarı qəfildən bığ buraxmaq qərarına gəldiyini bildirib.

10 uşaq atası və 20 nəvəsi olan Sabri Sarı 5 ildir ki, bığını kəsmir. Bığ saxlamağı xoşladığını qeyd edən Sarı, "Bığ qoymağı çox sevirəm. Baxımı çətin deyil, hər gün darayıram. Beş il daha bığımı qırxmayacam. Bığ saxlamağı hər kəsə tövsiyə edirəm" - deyib.

Camaat arasında "Pala" adlandırıldığını deyən Sarı bığını görən turistlərin dərhal qolundan tutub foto çəkdirdiyini bildirib. İngilis dilini bilmədiyini deyən Sarı işlədiyi otelə gələn xarici turistlərin marağından çox məmnun olduğunu bildirib.

Vüsalə İbrahimli


Sonxeber.az
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью