Beş min manatdan çox pensiya alanların...

14.02.2026

Icma.az bildirir, Adelet.az portalına istinadən.

Pensiyalar artdı , çox gözəl . Amma  bu artım heç də əksər  pensiyaçıları  qane  etməyib. Çünki 350- 365 arasında olan pensiyalarda 30 manat artım olub.

Bu da indiki bahalıq şəraitində əksər  pensiyaçıların  güzəranının yaxşılaşmasına  bir o qədər də kömək eləmir.Məsələn, beş min manatla, on min manat  arasında pensiya alanların artımı yüksək olduğu halda , aşağı pensiya alanların artımı 30 manat civarındadır.

Məgər bu, sosial ədalətsizlik deyilmi?Onsuz da  5 min manatdan yuxarı pensiya alanların  imkanları böyükdür.Onların biznes sahələri də mövcuddur.Belə olduğu məqamda  bu qəbildən olan insanların pensiyaların artırılması vacib deyil.Vacib odur ki, 350-400 manat arasında olan  böyük bir kütlənin pensiyası artırılsın və heç olmasa, bu məbləğ 500 manat olsun! Bax , bu, onda daha ədalətli olar!!!

Emil FAİQOĞLU

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью