Oxu.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Ağstafa rayonunun Qırılı kəndində bir ailənin faciəli taleyi bütün kəndi dərindən sarsıdıb.
Belə ki, eyni ailədən bir il ərzində 5 nəfərin ölməsi özü-özlüyündə təəssüf doğursa da, onların ölüm tarixinin hər ayın 8-i olması bu faciəni daha da hüznlü edib.
Oxu.Az xəbər verir ki, ilk olaraq 2024-cü ilin avqust ayının 8-də ailə ilk itki ilə qarşılaşıb.
2022-cü il təvəllüdlü G.İsmayılzadə qıcolma səbəbindən həyatını itirib.
Ardınca həmin ilin sentyabr ayının 8-də 1965-ci il təvəllüdlü Füzuli İsmayılov və onun həyat yoldaşı, 1967-ci il təvəllüdlü Xatirə İsmayılova üzüm yığarkən hasar aşıb və onlar daşın altında qalaraq ölüblər.
Bundan sonra ailənin digər nəvəsi, 2024-cü il təvəllüdlü N.İsmaylıova bu il iyun ayının 8-də valideynləri tərəfindən ağır vəziyyətdə Ağstafa Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Müayinə zamanı azyaşlının öldüyü məlum olub. Körpənin ölüm səbəbi məlum deyil.