Beş nəfərin yanaraq həyatını itirdiyi qəzanın VİDEOSU

09.09.2026

Bizim media saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Xəbər verdiyimiz kimi, gecə saatlarında Zərdabda 5 nəfərin ölümü ilə nəticələnən ağır yol qəzası baş verib.
Bizim.Media-nın Aran bürosunun məlumatına görə, hadisə gecə saatlarında Zərdab-Ağcabədi avtomobil yolunda qeydə alınıb.
Belə ki, hərəkətdə olan “KIA” markalı minik avtomobili traktorla toqquşub. Toqquşmadan sonra avtomobildə yanğın baş verib.
Qəza nəticəsində avtomobildə olan 5 nəfər yanaraq ölüb. Onlar 1989-cu il təvəllüdlü sürücü Elyar Qalib oğlu Məhəmmədov, 1954-cü il təvəllüdlü Qalib Soltan oğlu Məhəmmədov, 1981-ci il təvəllüdlü Susanna Namizəd qızı Məhəmmədova, 1956-cı il təvəllüdlü Səkinə Sədulla qızı Məhəmmədova və 1979-cu il təvəllüdlü Mehriban Zabit qızı Kərimovadır.
1997-ci il təvəllüdlü Reyhan Nəsib qızı Məhəmmədova isə qəza zamanı xəsarət alıb.
Həmin yanğının videosunu təqdim edirik:
Bizim.Media, Aran bürosu 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью