Beş nəfərin yaşadığı bu şəhər satışa çıxarıldı

02.02.2026

Icma.az, Banco.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Müəllif:Mehin Qasımova,Banco.az

Avstraliyanın Viktoriya ştatında Melburndan təxminən üç saatlıq məsafədə yerləşən Likola şəhəri satışa çıxarılıb.

Banco.az xəbər verir ki, cəmi beş nəfərin yaşadığı və tək bir əsas küçə boyunca düzülmüş bir neçə binadan, ümumi mağazadan, karvan dayanacağından və yanacaqdoldurma məntəqəsindən ibarət olan yaşayış məntəqəsi 6–10 milyon Avstraliya dolları arasında alıcı axtarır.

Lakin Likola və ətraf ərazilərdə yaşayan azsaylı sakinlər şəhərin satışa çıxarılmasına etiraz edirlər. Viktoriya meşələrinin mərkəzində yerləşən Licola uzun illərdir ki, Lions Club ilə əlaqəli icma layihəsi kimi fəaliyyət göstərir. Alp Milli Parkına gedən yol üzərində yerləşməsi şəhəri səyahətçilər üçün mühüm dayanacaq məntəqəsinə çevirib.

Şəhərin satış qərarı geniş rezonans doğurub. Sosial mediada və yerli icmada etirazlar artıb. Likolanın kommersiya layihəsinə çevriləcəyi və illərdir davam edən düşərgə ənənəsinin ləğv ediləcəyi ilə bağlı narahatlıqlar səsləndirilir. 

Rəhbərlik isə satış qərarını təhlükəsizlik riskləri, artan xərclər və iştirakçı sayının azalması ilə əsaslandırır. Bildirilib ki, satışdan əldə olunacaq vəsait imkansız uşaqlar üçün yaradılacaq yeni fonda yönəldiləcək. Bununla belə, Likolanın gələcəyi və düşərgə fəaliyyətinin davam edib-etməyəcəyi hələlik qeyri-müəyyən olaraq qalır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью