Beş Qərb lideri Ukraynanı müzakirə etdi: Putinə çağırış

19.05.2025

Icma.az bildirir, Axar.az saytına əsaslanaraq.

Böyük Britaniya Baş naziri Keyr Starmer Ukrayna ilə bağlı ABŞ Prezidenti Donald Tramp, Fransa Prezidenti Emmanuel Makron, Almaniya kansleri Fridrix Merz və İtaliya Baş naziri Corciya Meloni ilə telefon danışığı aparıb.

Axar.az xəbər verir ki, bu barədə “Röyters” məlumat yayıb.

Məlumata görə, Trampın Putinlə telefon zəngi öncəsi Qərb liderləri qeyd-şərtsiz atəşkəsin vacibliyini müzakirə edib və Moskvanı sülh danışıqlarına ciddi yanaşmağa çağırıb. Bundan əlavə, onlar Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etməyə hazır olduqlarını bəyan ediblər.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью