Icma.az, Axsham.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Xəbər verdiyimiz kimi, Əməkdar artist Firuzə İbadova ağır əməliyyat keçirib və iki aydır yataq xəstəsidir.
Axşam.az-ın məlumatına görə, müğənni “Şadlıq olsun” proqramına telefonla bağlanaraq ilk dəfə xəstəliyi barədə danışıb. O, onkoloji xəstəlikdən əziyyət çəkdiyini açıqlayıb:
“Məndə möcüzə oldu. Həkimlər görüntü ilə əməliyyat etdilər. Şişlər var idi. Beş şiş çıxardılar. Biri mədəmin altında, üçü göbək ətrafımda, biri isə fərqli yerdə idi. Fəsadlar törədirdi, ayaqlarım tutulurdu.
Şişlər çıxarılanda altında toxumalar olur. Həkim onları təmizlədi. Allahın mənə verdiyi gözəlliklərə şükür edirəm”.