Beş türkdilli dövlət onkologiya sahəsində qarşılıqlı elmi əməkdaşlıq haqqında memorandum imzalayıb

13.06.2025

Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bakı, 13 iyun, AZƏRTAC

Türkdilli Dövlətlər Birliyi Onkoloqlarının Birinci Konqresinin açılış mərasimindən sonra beş ölkə arasında onkologiya sahəsində qarşılıqlı elmi əməkdaşlıq haqqında memorandum imzalanıb. Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan və Özbəkistanın imzaladığı memorandumda onkoloqların təcrübə mübadiləsi, elmi praktik fəaliyyətin birlikdə davam etdirilməsi, elmi işlərin bir yerdə aparılması nəzərdə tutulub.

AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Milli Onkologiya Mərkəzinin baş həkimi, Səhiyyə Nazirliyinin baş onkoloqu Azad Kərimli deyib

"Bu gün yalnız Azərbaycanın deyil, bütün Türkdilli dövlətlərin onkologiyası tarixində böyük əhəmiyyət kəsb edir. Türk dünyasının onkoloqlarının ilk dəfə bizim ölkədə bir araya gəlməsi sevindiricidir", - deyə A.Kərimli vurğulayıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью