Beş yaşayış məntəqəsi qazsız qaldı

11.07.2025

Avtosfer portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Astara rayonu ərazisində "Delta" internet şirkətinə məxsus texnikanın kabel çəkilişi zamanı aparılan qazıntı işləri nəticəsində Ərçivan QPS-dən qidalanan 315 mm diametrli PE qaz xətti zədələnib.

Avtosfer.az xəbər verir ki, bu barədə Lənkəran Regional Qaz İstismarı İdarəsi məlumat yayıb.

Nəticədə Rüdəkənar, Süpəribağ, Məçitməhəllə, Qapçıməhəllə, Seləkaran yaşayış məntəqələri, həmçinin Astara şəhərinin Ə.Muxtarov küçəsinin təbii qaz təchizatı dayandırılıb.

"Qaz təchizatı avadanlıqlarını nəzarətdə saxlamağınızı və təhlükəsizlik qaydalarına ciddi şəkildə riayət etməyinizi xahiş edirik", - deyə məlumatda vurğulanıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью