Qafqazinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Siyəzəndə mağazada ölüm hadisəsi baş verib.
“Qafqazinfo” xəbər verir ki, dünən saat 23:30 radələrində Siyəzən şəhər sakini 1970-ci il təvəllüdlü Azər Məmməd oğlu Məmmədov işlədiyi rayonun Qalaşıxlı kəndində “Beşbarmaq” pirinin altı adlanan ərazidə yerləşən marketdə qəflətən ölüb.
Faktla bağlı Siyəzən Rayon Prokurorluğunda araşdırma aparılır.