“Bəsdirin, öz həyatınızla məşğul olun”

25.07.2026

Qafqazinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

“Santos”un hücumçusu Neymar poker turnirlərində iştirak etdiyinə görə ünvanına səslənən tənqidlərə kəskin reaksiya verib.

“Qafqazinfo” xəbər verir ki, braziliyalı ulduz bu barədə sosial şəbəkə hesabında paylaşdığı videoda danışıb.

“İkinci məşqimə hazırlaşırdım və xatırladım ki, istirahət günlərimdə bir çox insan guya poker oynadığımızı və sair şeyləri müzakirə etməyə başladı. Haqqımda nələr danışmadılar... Amma mən səhər məşq etmişdim, matça getmədim, çünki məşqlərə yeni qayıtmışdım və növbəti gün mənim istirahət günümdü. İnsanlar bu mövzunu müzakirə etməyə başladılar...

Qısası, indi məşqə hazırlaşıram və sizdən soruşmaq istəyirəm: mənə, ümumiyyətlə, rahatca məşq etmək olar, yoxsa burada da məni çəkib hər addımımı izləyəcəksiniz? Yaxşısı budur, öz həyatınızla məşğul olun. Öz hayatınıza baxın!”, – deyə Neymar vurğulayıb.

Xatırladaq ki, cari mövsümdə 34 yaşlı braziliyalı futbolçu bütün turnirlər daxil olmaqla 15 matçda meydanda olub, 6 qol vurub və 4 məhsuldar ötürmə müəllifi olub. DÇ-2026-da isə keçirdiyi iki oyunda 1 qol vurub və 1 sarı vərəqə alıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью