Bəşər Əsəd ailəsi ilə birlikdə Suriyadan qaçdı?

07.12.2024

Publika.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Suriya Prezidenti Bəşər Əsəd ailəsi ilə birlikdə Suriyanı tərk edib.

Publika.az xəbər verir ki, bu iddianı "Global Arab Network"un baş meneceri, jurnalist Hassan İbrahim irəli sürüb.

O, bu barədə "X" hesabında yazıb. Jurnalist hazırda Əsədin hansı ölkəyə getdiyi barədə ətraflı məlumat olmadığını qeyd edib.

Xatırladaq ki, son bir neçə gün ərzində Suriyada müxalif qüvvələr bir neçə iri şəhərə nəzarəti ələ keçirib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью