Icma.az bildirir, Redaktor.az saytına əsaslanaraq.
Suriya məhkəməsi ölkənin keçmiş lideri Bəşər Əsəd haqqında edam hökmü çıxarıb.
Redaktor.az xəbər verir ki, bu barədə Suriya Ərəb Xəbər Agentliyi (SANA) məlumat yayıb.
Bildirilib ki, məhkəmənin qərarı Bəşər Əsədin ölkədə hakimiyyətdə olduğu dövrdə törədildiyi iddia olunan ağır cinayətlərlə bağlı araşdırmalar çərçivəsində qəbul edilib.
Qeyd edək ki, Suriya məhkəməsi daha əvvəl Bəşər Əsəd barədə qiyabi həbs qərarı çıxarıb. Ona qarşı qəsdən adam öldürmə, işgəncə nəticəsində ölüm və qanunsuz azadlıqdan məhrum etmə kimi ittihamlar irəli sürülüb.
Aminə ŞAHSUVARQIZI