Bəşər Əsəd dövründə xidmət etmiş general həbs edildi

20.09.2026

Bizim media saytına istinadən Icma.az xəbər verir.

Suriyanın hakimiyyət orqanları devrilmiş prezident Bəşər Əsədin dövründə xidmət etmiş generalın həbs edildiyini açıqlayıb. Bildirilib ki, general ölkədə 13 il davam edən vətəndaş müharibəsi zamanı üsyançıların nəzarətində olan ərazilərə qarşı əməliyyatlara rəhbərlik edib.
Bizim.Media xəbər verir ki, təhlükəsizlik qüvvələri yaydıqları bəyanatda “keçmiş rejimin ordusunun Respublika Qvardiyasının yüksək rütbəli komandiri, keçmiş general-mayor Əhməd Məhəmməd İsmayılın həbs edildiyini” açıqlayıb.
Hərbi arxivlərdə qeyd olunur ki, o, “karyerasına taqım komandiri kimi başlayıb, daha sonra 101-ci hava-desant alayının 2-ci batalyonunda bölük komandiri vəzifəsini tutub.
2016-cı ilin əvvəlində həmin alayın əməliyyatlar üzrə rəhbəri vəzifəsinə yüksəlib və Hələb və Dəraa şəhərlərinə, eləcə də Şərqi Qutaya qarşı həyata keçirilən hərbi hücumların komandanlığında birbaşa iştirak edib”.
 

Dəməşq yaxınlığında yerləşən Şərqi Quta vətəndaş müharibəsi zamanı 2018-ci ilədək üsyançıların əsas dayaq məntəqələrindən biri olub. Beş il əvvəl isə burada böyük kimyəvi hücum baş verib.


ABŞ kəşfiyyat xidmətlərinin məlumatına görə, 2013-cü ildə Suriyanın paytaxtı Dəməşqin ətrafında 1 000-dən çox insan sinir-iflicedici maddə olan zarin qazından istifadə nəticəsində həlak olub.
Bu hücuma görə məsuliyyət Bəşər Əsədin rəhbərlik etdiyi Suriya hökumətinin üzərinə qoyulub. Əsəd 2024-cü ilin sonunda hakimiyyətdən devrilib.
Həmin dövrdə Suriya hökuməti hücumda iştirakını inkar edərək məsuliyyəti üsyançıların üzərinə atıb.
Suriyanın yeni islamçı hakimiyyət orqanları təhlükəsizlik xidmətlərinin onlarla keçmiş əməkdaşını həbs edib və məhkəmə prosesləri aprel ayında başlayıb. Bu ayın əvvəlində Suriya hakimiyyəti şəhər və kəndlərə qarşı ölümcül bombardmanlarda iştirak etməkdə ittiham olunan doqquz keçmiş pilotun, o cümlədən üç generalın həbs edildiyini açıqlayıb.
Bizim.Media

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью