Bəşər Əsəd Ərdoğanla təmas qurmağa çalışır

02.12.2024

Missiya.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Suriya prezidenti Bəşər Əsəd silahlıların ölkə daxilində irəliləməsi və vəziyyətin pisləşməsi fonunda Türkiyə dövlət başçısı Rəcəb Tayyib Ərdoğanla təmaslar qurmağa çalışır. 

Missiya.Az xəbər verir ki, bu barədə “Hürriyet” qəzeti məlumat yayıb.

“Bir ildir israrla Ərdoğanla əl sıxmayan Əsəd səhvinin bədəlini gördü. Ancaq hələ də gec deyil. Yeni şəraitdə Əsəd Ərdoğanla əl sıxa bilər”, - deyə vurğulanıb.

Xatırladaq ki, noyabrın 28-də suriyalı yaraqlılar Hələb vilayəti yaxınlığında hökumət mövqelərinə qarşı irimiqyaslı hücuma başlayıb.

Daşqın Həsənov
Missiya.Az


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью