BƏŞƏR ƏSƏD RUSİYANIN HƏRBİ BAZASINDADIR? Fərqli iddialar var

08.12.2024

Mia.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Suriyanın ölkədən yoxa çıxan prezidenti Bəşər Əsəd və onun Dəməşqdən havalanan "Syria Air İl-76" təyyarəsindən xəbərı yoxdur.

Mia.az xəbər verir ki, bunu "Flightradar24" xidmətinin məlumatları göstərib.

İddia olunur ki, təyyarə bu gün səhər sübh saatlarında Dəməşq ərazisində havalanandan təxminən 40 dəqiqə sonra radardan itib.

Bəzi iddialara görə, bunu pilot qəsdən edib, yəni, vurulmaması üçün radar avadanlığı söndürülüb. Bəziləri isə deyir ki, guya təyyarə havada vurulub.

Rusiya mənbələri isə bildirir ki, Əsədin təyyarəsi vurulmayıb: "O, hakimiyyətin qansız ötürülməsi üçü göstəriş verərək, ölkəni tərk edib. Onun hara getdiyi isə bəlli deyil...".

Bəzi mənbələr bildirir ki, o, Rusiyanın dənizdəki hərbi bazasına eniş edib.

Firudin Səfərli

MİA.AZ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью