Bəşər Əsəd Suriyadan 135 milyard dollar pul çıxarıb? Xəbər saytı Son xəbərlər və Hadisələr…
Baku.ws saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Suriyanın müvəqqəti baş naziri Məhəmməd Əl-Bəşir Suriya iqtisadiyyatı və gələcək planları haqqında danışıb.
BAKU.WS xəbər verir ki, bu barədə haberler.com məlumat yayıb.
O, İtaliya mətbuatına verdiyi müsahibədə ölkənin iqtisadi vəziyyəti ilə bağlı açıqlamalar verib.
Baş nazir ölkənin iqtisadi çətinliklərini etiraf edərək "Seyfdə yalnız dəyəri az olan Suriya pulu var, xarici valyutamız yoxdur.
Biz hələ də kredit və istiqrazlar barədə məlumat toplayırıq" deyib.
Əl-Bəşir hazırki maliyyə vəziyyətinin 2025-ci ilin mart ayına qədər davam edəcəyini bildirib və çətinliklərə baxmayaraq ölkə üçün ümidi qorumağa davam edəcəklərini vurğulayıb.
Baş nazir həmçinin Suriya xalqına "Ölkənizə qayıdın" çağırışı edərək milyonlarla suriyalının xaricə qaçmasından sonra onların təcrübəsindən istifadə edərək ölkənin inkişafını təmin etməyi planladıqlarını bildirib.
Tam oxu
Xəbəri oxu