Bəşər Əsəd Suriyaya ekstradisiya ediləcəkmi?

16.10.2025

Missiya.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

“Kremlin Suriyanın devrilmiş Prezidenti Bəşər Əsədin taleyi ilə bağlı Rusiya dövlət başçısı Vladimir Putinlə suriyalı həmkarı Əhməd Əş-Şara arasında danışıqlardan sonra xəbər verəcək heç bir məlumatı yoxdur”.

Missiya.Az “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Rusiya Prezidentinin sözşüsü Dmitri Peskov deyib.

“Bizim bu kontekstdə Əsədlə bağlı xəbər verəcək heç bir məlumatımız yoxdur”, - deyə siyasətçi vurğulayıb.

Xatırladaq ki, ötən gün Moskvada Putin və Əhməd Əl-Şara arasında görüş baş tutub.

Qeyd edək ki, bəzi KİV-lər Əhməd Əş-Şaranın Moskvada Putinlə görüşü zamanı Əsədin Suriyaya ekstradisiya olunmasını müzakirə edəcəyi ilə bağlı məlumatlar yayıb.

Daşqın Həsənov
Missiya.Az


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью