Bəşər Əsəd təcili açıqlama yaydı Bu ölkəni köməyə çağırdı

01.12.2024

Sitat.info portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Suriya prezidenti Bəşər Əsəd BƏƏ prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyanla söhbətində ölkəsinin müttəfiqlərinin və dostlarının köməyi ilə terrorçuları məğlub etməyə qadir olduğunu bildirib.

Sitat.info xəbər verir ki, bu barədə Suriya liderinin ofisi məlumat yayıb.

Əsəd bildirib ki, Suriya öz ərazi bütövlüyünü terrorçulardan və onların havadarlarından müdafiə etməkdə davam edir və müttəfiqləri və dostlarının köməyi ilə onları məğlub edib məhv etməyə qadirdir.

BƏƏ prezidenti öz növbəsində ölkəsinin Suriyanı terrorizmlə mübarizədə, suverenlik, ərazi bütövlüyü və sabitliyin qorunmasında dəstəklədiyini vurğulayıb.

Səid,

Sitat.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью