Bəşər Əsəd və ailəsi Moskvadadır

09.12.2024

Icma.az bildirir, Xalqcebhesi saytına əsaslanaraq.

Rusiya çətin şəraitdə Suriya prezidenti Bəşər Əsədi tərk etməyib.

Bunu Rusiya Federasiyasının Vyanadakı beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi Mixail Ulyanov deyib.

"Bəşər Əsəd və ailəsi Moskvadadır. Rusiya çətin vəziyyətlərdə dostlarına xəyanət etmir”, – o, öz Telegram kanalında yazıb.

Diplomatın sözlərinə görə, Rusiya Federasiyası ilə ABŞ arasındakı fərq budur.

Bundan əvvəl TASS-ın Kremldəki mənbəsi Əsəd və onun ailə üzvlərinin humanitar səbəblərə görə Rusiyadan sığınacaq aldığını bildirib.

Cavid

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью