Bəşər Əsəddən xahiş etdim ki… Hakan Fidan ilk dəfə açıqladı

16.12.2024

Icma.az, Turkstan.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Suriyanın keçmiş prezidenti Bəşər Əsəd Ankaranın görüş təyin etmək üçün çoxsaylı cəhdlərinə baxmayaraq, Türkiyə nümayəndələri ilə danışıqlardan imtina edib.

Turkustan.az-ın xəbərinə görə, bu barədə Türkiyənin xarici işlər naziri Hakan Fidan “Al Arabiya” nəşrinə müsahibəsində deyib.

Onun sözlərinə görə, Türkiyə tərəfi İraq da daxil olmaqla üçüncü ölkələri vasitəçi kimi cəlb edərək, dəfələrlə Əsəddən danışıqların aparılmasını istəyib.

“Biz gəlməyə çalışdıq, biz istəyirdik, amma onlar imtina etdilər. Onu demək istəyirəm ki, mən bunu xahiş etdim. O, bütün təklifləri rədd etdi”, – deyə diplomat bildirib./oxu.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью