Bəşər Əsədi devirən Əbu Məhəmməd Colani KİMDİR... | Icma.az
Modern.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Suriyada 13 illik vətəndaş müharibəsinin sonunda Bəşər Əsəd rejimi devrildi.
Noyabrın 27-dən üsyana qalxan “Heyət Təhrir əl-Şam” (HTŞ) müxalif silahlı qruplaşması 12 gün ərzində paytaxt Dəməşqə çatdı.
HTŞ-nin dünən Dəməşqdə nəzarəti ələ keçirməsindən sonra prezident Bəşər Əsədin ailəsilə birgə ölkədən qaçdığı məlum oldu.Beləliklə, Suriyada Bəəss partiyasının 61 illik qanlı hakimiyyəti sona çatdı.Bəşər Əsədin Prezident Sarayı müxalif qüvvələr və ictimaiyyət tərəfindən talan edildi.Əsədə nifrəti soyumayan Suriya xalqı hazırda da talanları davam etdiri.Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Əsədlə birgə onun yüksək rütbəli heyəti də ölkədə qaçıb.
Müdafiə naziri Əli Mahmud Abbas, daxili işlər naziri Məhəmməd Rəhmun, xarici işlər naziri Bessam Sabbağ və hakim Bəss partiyasının bir sıra yüksək rütbəli rəhbərləri də ortadan qeyb olublar.
Ölkəni tərk etməyən baş nazir Məhəmməd Qazi Əl-Cəlali hakimiyyəti rejimi devirən müxalifət qüvvələrinə təhvil vermək hər cür əməkdaşlığa hazır olduğunu bildirib.Əsəd rejimini devirən “Heyət Təhrir əl-Şam” qruplaşmasının lideri Əbu Məhəmməd Colani bildirib ki, hakimiyyət tam təhvil alınana qədər dövlət qurumları Suriyanın hazırkı baş naziri Məhəmməd Qazi Əl-Cəlali nəzarəti altında qalacaq.Müxalif Koalisiyası da hakimiyyətin müvəqqəti idarəetmə orqanına ötürülməsini təmin etmək üçün işlərini davam etdirəcəyini açıqlayıb.
Koalisiya Suriya hökumətini devirmək üçün mübarizə mərhələsindən Suriyanın birgə qurulması uğrunda mübarizə mərhələsinə keçdiyini bəyan edib.Əsəd rejiminin devrilməsi ilə Suriya bayrağı da dəyişib.
Müxalifət Əsədin istifadə etdiyi qırmızı-ağ-qara üçrəngli bayraqdan imtina edib, əvəzidnə müstəqillik dövründən qalan yaşıl-ağ-qara üçrəngli və üçulduzlu bayrağa üstünlük verilib.
Tam oxu
Xəbəri oxu