Bəşər Əsədi Moskvada zəhərləyiblər? The Sun qəzeti

02.01.2025

Icma.az bildirir, Azpost saytına əsaslanaraq.

Moskvaya qaçan Suriyanın keçmiş prezidenti Bəşər Əsəd sui-qəsd nəticəsində zəhərlənib.

Azpost.info bildirir ki, bu barədə Türkiyə mediası Britaniyanın “The Sun” qəzetinə istinadən yazır.

“The Sun” Rusiya mənbələrinə istinadən Bəşər Əsədin Moskvada zəhərləndiyini iddia edir. Keçmiş prezident “şiddətli öskürək və boğulmağa” başlayan kimi həkimə müraciət edib. Britaniya nəşrinin mənbəsi əmindir ki, “sui-qsədə cəhd edildiyini düşünmək üçün hər cür əsas var”.

Həkimlər gələndə Suriyanın keçmiş prezidentinin vəziyyəti pisləşirdi. Həkimlər Əsədə ilkin tibbi yardım göstərərkən, onu evdə müalicə etmək və tibb müəssisəsinə yerləşdirməmək barədə göstərişlər alıblar.

Bazar ertəsi Əsədin vəziyyəti stabilləşib. Testlər göstərib ki, onun bədənində guya zəhər var.

The Sun bu mesaj üçün heç bir rəsmi mənbə qeyd etməyib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью