Bəşər Əsədi zəhərləyiblər? Moskvadan rəsmi açıqlama

13.10.2025

Icma.az, Milli.az portalına istinadən məlumat yayır.

Rusiya xarici işlər naziri Sergey Lavrov Suriya İnsan Haqları Müşahidə Qrupunun (SOHR) Bəşər Əsədin zəhərlənməsi barədə iddialarını rədd edib.

Milli.Az xəbər verir ki, o, ərəb jurnalistlərinə açıqlamasında bildirib ki, Əsədin Moskvada yaşamaqda heç bir problemi yoxdur və yayılan məlumatlar "əsassız şayiələrdir".

"Biz Bəşər Əsədə və ailəsinə humanitar səbəblərlə sığınacaq verdik. Heç bir zəhərlənmə hadisəsi olmayıb. Bu cür iddialar tamamilə yalandır", - Lavrov deyib.

Xatırladaq ki, oktyabrın 2-də SOHR Əsədin sentyabrın 20-də zəhərlənmə səbəbindən Moskva yaxınlığındakı xəstəxanaya yerləşdirildiyini və bir neçə gün sonra evə buraxıldığını iddia etmişdi.

Bəzi Qərb mənbələri isə Əsədin hazırda Moskvada xüsusi mühafizə altında yaşadığını və şəhərin elit yaşayış komplekslərində bir neçə mənzilə sahib olduğunu bildirir.

Fidan
Milli.Az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью