Bəşər Əsədin əmisi oğlu həbs edildi

31.01.2025

Icma.az, Gununsesi saytına istinadən bildirir.

Suriyanın yeni hakimiyyəti keçmiş prezident Bəşər Əsədin əmisi oğlu Atef Nəcibi saxlayıb.

Gununsesi.info xəbər verir ki, bu barədə “Suriya” televiziyası məlumat yayıb.

“Nəcib Suriya xalqına qarşı cinayətlərdə iştirak edənlərdən sayılır və bu addım hakimiyyətin Suriya xalqına qarşı qanun pozuntularında iştirak edənləri məsuliyyətə cəlb etmək, regionda təhlükəsizlik və sabitliyi gücləndirmək səylərinin bir hissəsidir”, – deyə Latakiya Əyalətinin İctimai Təhlükəsizlik İdarəsinin direktoru, polkovnik-leytenant Mustafa Knefati bildirib.

Qeyd olunur ki, Nəcib Latakiyada həbs edilib.

Məlumatda qeyd olunur ki, Əsədin dövründə o, Suriyanın cənubundakı Dera əyalətində siyasi təhlükəsizlik şöbəsinin rəisi vəzifəsində çalışıb.(“Qafqazinfo”)

Gununsesi.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью