Bəşər Əsədin əmisi oğlu həbs edilib

16.10.2025

Icma.az bildirir, Bakivaxti saytına əsaslanaraq.

Suriyada ötən ilin dekabrında devrilmiş prezident Bəşər Əsədin əmisi oğlu Namir Badi əl-Əsəd həbs edilib.

Bu barədə Bakıvaxtı.az "Əl-Ərəbiyyə" telekanalına istinadən məlumat verir.

"Suriya təhlükəsizlik qüvvələri Bəşər Əsədin əmisi oğlu Namir Badi əl-Əsədi həbs ediblər", - agentliyin mənbəyi qeyd edir.

Əlavə məlumat hələ daxil olmayıb.

Daha əvvəl bildirilmişdi ki, Suriya lideri Əhməd Əş-Şaraa Moskvaya səfəri zamanı suriyalılara qarşı cinayətlərinə görə mühakimə olunması üçün Əsədin təhvil verilməsini rəsmi olaraq tələb etməyi planlaşdırıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью