Bəşər Əsədin Moskvada olması təsdiqləndi

09.12.2024

Icma.az, Qafqazinfo portalına istinadən məlumatı açıqlayır.

Suriyanın keçmiş Prezidenti Bəşər Əsədin hazırda Rusiyada olması barədə yayılan məlumat təsdiqlənib.

“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, Suriyanın Rusiyadakı Səfirliyi B.Əsədin Moskvada olmasını təsdiq edib.

Xatırladaq ki, dekabrın 8-nə keçən gecə Suriyada müxalifət qüvvələri noyabrın 27-də başlatdıqları  hücumu başa çatdıraraq Dəməşqi ələ keçiriblər. Suriya ordusunun komandanlığı isə zabitləri Bəşər Əsədin hakimiyyətinin başa çatması barədə xəbərdar edib.

Daha sonradan TASS agentliyi Əsədin ailə ilə birlikdə Moskvada olması barədə məlumat yayıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью