GlobalInfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Latakiyada Bəşər Əsədin qardaşı Mahir Əsədin tutulduğu ehtimal edilir.
Globalinfo.az Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə “Azad İran” Teleqram kanalı məlumat yayıb.
Məlumata əsasən, müxalifət qüvvələri Latakiyanın Əl-Rəbia qəsəbəsindəki fermada bir qrup zabiti mühasirəyə alıblar. İddialara görə, həmin şəxslər arasında Bəşər Əsədin qardaşı Mahir Əsəd də var.
Qeyd edək ki, Mahir Əsəd Bəşər Əsədin kiçik qardaşıdır.