Bəşər Əsədin qardaşı Mahir də Suriyanı tərk edir

08.12.2024

Icma.az, Bizim media portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Suriya Prezidentinin qardaşı Mahir Əsədin ölkəni tərk etməyə hazırlaşdığı bildirilir.
Bizim.Media "The Syrian Observatory for Human Rights"a (SOHR)  istinadən bildirir ki,  Mahir Əsəd hazırda Suriya şimal-qərbindəki Kərdəxa bölgəsində yerləşir.
Mənbələrə görə, Mahir Əsəd yaxın saatlarda ölkəni tərk etmək üçün Həmeymim hava limanını istifadə etməyə hazırdır.
Son zamanlar Mahir Əsəd Suriya Ordusunun 4-cü diviziyasına komandanlıq edib və bu, onun ölkəni tərk etməsi ilə bağlı təxminlərin artmasına səbəb olub.
Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью