Bəşər Əsədin yeri haqda daha bir rəsmi açıqlama

09.12.2024

GlobalInfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Suriyanın Rusiyadakı səfirliyi eks-prezident Bəşər Əsədin Moskvada olduğunu təsdiqləyib.

Globalinfo.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Nəşr yazır ki, diplomatik nümayəndəlik Əsədlə əlaqə qurmadığını bildirib:

“Bəli, o hazırda Moskvadadır. Lakin səfirlik Bəşər Əsədlə əlaqəyə keçməyib.

Qeyd edək ki, ötən gün Rusiya Xarici İşlər Nazirliyi Bəşər Əsədin prezident vəzifəsindən istefa vediyini və hakimiyyətin sülh yolu ilə təhvilini tapşıraraq ölkədən çıxdığını açıqlayıb. Kreml onun ailə üzvləri ilə birlikdə Moskvaya gəldiyini bildirib.

Əliyar Xəlil
Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью