Bəşər Əsədlə bağlı bu məlumatları yalanladı

13.10.2025

Icma.az bildirir, Qafqazinfo portalına istinadən.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Suriyanın keçmiş prezidenti Bəşər Əsədin Moskvada zəhərlənməsinə cəhdlərin olması barədə yayılan məlumatlara münasibət bildirib.

“Qafqazinfo” xəbər verir ki, S.Lavrov bu barədə ərəb ölkələrinin media nümayəndələri üçün mətbuat konfransında danışıb. 

O bu məsələ ilə bağlı yayılan məlumatları təkzib edib: “Onun bizim ölkədə yaşayışı ilə bağlı hər hansı problemi yoxdur. Heç bir zəhərlənmə hadisəsi baş verməyib”.

Xatırladaq ki, 2024-cü ilin sonunda Suriyada müxalif qüvvələrin hücuma keçməsindən sonra Bəşər Əsəd istefa verərək ailəsi ilə birlikdə ölkəni tərk edib. Bunun ardınca, Rusiya B.Əsəd və ailəsinə sığınacaq verib. Mediada isə bir neçə dəfə Suriyanın keçmiş prezidentini zəhərləməyə cəhdlərin olması barədə məlumat yayılıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью