Bəşəriyyət bu ağır cinayəti unutmamalıdır! XİN dən Başlıbel paylaşımı

18.04.2026

Icma.az, Turkstan.az portalına istinadən məlumat verir.

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Başlıbel faciəsi ilə bağlı paylaşım edib.

Turkustan.az-ın məlumatına görə X platforması üzərindən edilən paylaşımda deyilir:

"33 il əvvəl, 18 aprel 1993-cü ildə Kəlbəcərin işğalı zamanı Başlıbel kəndindən olan 18 azərbaycanlı mülki şəxs kəndləri dağıdılandan sonra - 18 gün dağ mağaralarında gizləndikləri üzə çıxandan sonra amansızcasına qətlə yetirilib. Daha 14 nəfər isə əsir götürülüb…"

XİN bəyan edib ki, bu vəhşilik Azərbaycan mülki əhalisinə qarşı həyata keçirilən sistematik zorakılıq, etnik təmizləmə və təcavüz kampaniyasının bir hissəsi idi.

"Bəşəriyyətə qarşı törədilən belə ağır cinayətlər heç vaxt unudulmamalıdır. Başlibel qırğınının qurbanlarının xatirəsini ehtiramla yad edirik".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью