Bəşəriyyətin oğurlanmış gələcəyi: Məhv edilən dahilər KONKRET

05.11.2026

Icma.az bildirir, Konkret.az saytına əsaslanaraq.

Milyonlarla il davam edən təkamül prosesindən keçən insanın bioloji inkişafı təxminən 50 min il əvvəl müasir insanın formalaşması ilə yeni mərhələyə qədəm qoydu. Əgər insan beyni və intellekti genetik dəyişikliklərlə eyni sürətlə inkişaf etməyə davam etsəydi, bəlkə də bu gün qalaktikalar arasında səyahət edə biləcək səviyyəyə çatmışdıq.

Tarix boyu isə bəşəriyyətin ən böyük problemlərindən biri düşünən, sorğulayan və mövcud inancları şübhə altına alan insanların təqib olunması olub.

Tarixin müxtəlif dövrlərində baş vermiş hadisələrə nəzər salaq:

Qədim Misirin II sülaləsi dövründə yaşamış fizik və astronom Kamose-Menesin monumental məqbərələrin və piramidaların ölən insanı axirətdə yenidən həyata qaytara bilməyəcəyini söylədiyi üçün öldürüldüyü iddia edilir. Onun nəslinin davam etmədiyi bildirilir.

Qədim Misirin digər bir filosofu Amentebatın insanları mumiyalamaqla onları başqa dünyaya göndərməyin mümkün olmadığını söylədiyinə görə ailəsi ilə birlikdə məhv edildiyi iddia olunur. Onun da nəslinin davam etmədiyi qeyd edilir.

Roma riyaziyyatçısı, astronomu və filosofu Flavus Lucretius Claudius Roma tanrıları haqqında rəvayətlərin həqiqəti əks etdirmədiyini söylədiyi üçün öldürülüb. Onun da nəslinin davam etmədiyi bildirilir.

Təxminən 2500 il əvvəl Qədim Yunanıstanda yaşamış böyük filosof Sokrat afinalılar tərəfindən mühakimə olunaraq ölümə məhkum edildi. Ona qarşı irəli sürülən ittihamlardan biri şəhərin tanrılarına inanmaması və gənclərin düşüncələrinə mənfi təsir göstərməsi idi.

İtalyan filosofu Cordano Bruno qapalı kainat nəzəriyyəsini rədd edən, kainatın sonsuzluğu və çoxsaylı dünyaların mövcudluğu ideyasını müdafiə edən mütəfəkkirlərdən biri idi. Kilsənin təzyiqləri nəticəsində Roma şəhərində tonqalda diri-diri yandırıldı. Onun fikirləri dövrünün dini ehkamları ilə ziddiyyət təşkil edirdi.

İddialara görə, Avropada inkvizisiya məhkəmələrinin fəaliyyəti dövründə minlərlə ziyalı, mütəfəkkir, filosof və sənət adamı dini təqiblərə məruz qalıb, onların bir qismi edam edilib.

Paleolit dövründən başlayaraq son 40 min il ərzində dini inanclara, tanrılara, ehkam və tabulara qarşı çıxan, müstəqil düşünən milyonlarla istedadlı insan məhv edilib. Onların arasında yüksək intellektə malik şəxslərin də olduğu vurğulanır.

Əgər həmin insanların həyatı yarımçıq kəsilməsəydi, nəsilləri davam etsəydi, bəşəriyyətin intellektual inkişafı bugünkündən xeyli fərqli ola bilərdi.

Dünya əhalisinin cəmi 5 faizinin deyil, 35 faizinin yüksək intellektə malik olduğu bir cəmiyyətdə yaşayardıq. Bəlkə də Əndəlüs və İsgəndəriyyə kitabxanaları məhv edilməz, elm, incəsənət və fəlsəfə daha sürətlə inkişaf edərdi. Bəlkə də bu gün fosil yanacaqlardan istifadə etmədən, daha təmiz və sağlam bir dünyada yaşayardıq.

İnsanların düşüncə səviyyəsi də indiki vəziyyətlə müqayisədə qat-qat yüksək olardı.

Axşam küçəyə çıxanda ətrafınızdakı insanlara diqqətlə baxın. Unutmayın ki, hamımız tarix boyu sağ qalmağı bacarmış insanların nəslindənik. Bəlkə də bəşəriyyətin ən ağıllı, ən istedadlı və ən yaradıcı nümayəndələrinin bir çoxu fanatizm, cəhalət və doqmaların qurbanı olub. Onların düşüncələri ilə yanaşı, nəsilləri də tarixdən silinib.

Bəlkə də bu gün insanlığın qarşısında duran ən böyük suallardan biri elə budur: görəsən, tarix boyu düşünən insanları susdurmaqla öz gələcəyimizdən nə qədər oğurlamışıq?

Müəllif: Zöhrə Dəniz
Tərcümə etdi: Rəsmiyyə Şərifova,
KONKRET.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью